Finlandiya İsveçsiz NATO-ya üzv olmaqdan İMTİNA EDİR
Finlandiya Prezidenti Niiniste İsveç olmadan NATO-ya üzv olmaqdan imtina edir.
"Gündəmtv.az" xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö Alyansın baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Helsinkinin Stokholm olmadan NATO-ya daxil olmaq planı yoxdur. Onun sözlərinə görə, Türkiyə ilə İsveç arasında yaranan çətinliklər Finlandiya üçün də problemdir.
“Mən deyirəm ki, İsveçin məsələsi həm də bizimdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyəcəyik”, – prezident deyib.
Rusiyanın Ukraynada hərbi “xüsusi əməliyyatı”na başlamasından sonra İsveç və Finlandiya NATO-ya daxil olmaq istəklərini bildiriblər.
Mayın 18-də ölkələrin xarici işlər nazirliklərinin nümayəndələri ərizələri Alyansın mətbuat katibi Yens Stoltenberqə ötürmək üçün Brüsselə gəliblər, baxmayaraq ki, Türkiyə onların qərarına qarşı çıxıb, Stokholm və Helsinkinin müraciətlərinə mane olub.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş