QARABAĞ AZƏRBAYCANDIR!

Əsrarəngiz mənzərəsi olan Zabux kəndi - FOTO 71
2023-11-27 10:08 | 0 Rəy

Əsrarəngiz mənzərəsi olan Zabux kəndi - FOTO

Laçın rayonunun ən böyük kəndlərindən olan Zabuxda həyat yenidən öz axarına qayıdıb.

Gündəmtv.az xəbər verir ki, kənddə yenidən tikilən evlər, yaradılan infrastruktur Zabuxun simasını daha da gözəlləşdirib.

İndi Zabuxun gündüzləri qədər gecələri də parlaq işıqları ilə diqqət çəkir.

Zabux çayının hər iki sahilini əhatə edən kənddə həyat yenidən canlanıb. Doğma sakinlərinə qucaq açan Zabux hər ötən gün simasını dəyişərək gözəlləşir.

Otuz illik işğal dövründə kənd erməni vandalizminə məruz qalsa da, azad edildikdən dərhal sonra buranın yenidən qurulmasına başlanıldı. Qısa müddətdə kənddə evlər və digər obyektlər inşa olunub, yollar abadlaşdırılıb, əhalinin istirahəti üçün park salınıb. Kəndin mərkəzindən keçən çayın üzərində körpü inşa olunub. İndi gündüzlər mənzərəsi ilə seçilən kənd gecələri işıq saçan gözəlliyi ilə diqqət çəkir.
Qeyd edək ki, Zabux kəndində 121 ailənin - 475 nəfərin daimi məskunlaşması təmin edilib.

Zabuxun lentə alınan gecə görüntülərini təqdim edirik:

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş