QARABAĞ AZƏRBAYCANDIR!

“Əsas məsələ postsovet ölkələrində sistem dəyişikliyinə cəhddir” - Etibar Məmmədovla MÜSAHİBƏ 295
2022-10-13 09:33 | 0 Rəy

“Əsas məsələ postsovet ölkələrində sistem dəyişikliyinə cəhddir” - Etibar Məmmədovla MÜSAHİBƏ

Qazaxıstanda baş verən etirazlar fonunda ölkəni xaos və anarxiyanın bürüməsi, prezident Tokayevin KTMT-ni köməyə çağırması, kütləvi iğtişaşlar nəticəsində insanların qətlə yetirilməsi artıq hadisələrin pik həddə çatdığını sübuta yetirir. Yaşananlar bütün dünyanın diqqətini Qazaxıstana  yönəldib desək, yəqin ki, yanılmarıq. Hazırda dünya mediasının manşetlərində əsas xəbər kimi siyasətçilərin Qazaxıstandakı hadisələrə münasibəti yer alır. Bir çox analitiklər etirazlarda xarici faktor amilinin (Rusiya və Qərb izinin) olduğunu istisna etmirlər. Digərləri isə bunu Türk Birliyinə zərbə kimi dəyərləndirirlər.

"Gündəmtv.az" xəbər verir ki, Konkret.az AMİP lideri Etibar Məmmədovun baş verənlərə münasibətini öyrənib.

1. Qazaxıstandakı etirazları Putinin SSRİ-ni bərpa etmək planı ilə əlaqələndirmək mümkündürmü?

– Rusiya bu amildən istifadə edə bilər. Ancaq ümumilikdə Qazaxıstanda vəziyyətin gərginləşməsi Rusiyanın heç marağında deyil. Rusiyanın və onu idarə edənlərin ürəyində SSRİ-ni bərpa etmək arzusu hər zaman olacaq. Ancaq bu arzunu real hesab etmirəm.

2. Qazaxıstanın Türk Dövlətləri Birliyi ilə münasibətlərini nəzərə alsaq, baş verənlər bu Birliyə zərbə vurmaq üçün planlaşdırıla bilərdimi?

– Bu amili də istisna etməməliyik. Baş verənlər Türk Birliyinə zərbə vurmaq üçün hazırlana bilər. Ancaq düşünürəm ki, əsas məsələ postsovet ölkələrində sistem dəyişikliyinə cəhddir. Xalq narazı olmasa birdən-birə küçələrə axışmaz. Ancaq bu prosesin təşkilatçıları da var və yaxşı hazırlayıblar. Təşkilatçıların kim olduğunu mən deyə bilmərəm.

Etibar Məmmədov: “Elçibəy Baş Nazirliyi təklif etdi, razılaşdım…” - Xural qəzeti

3. Qazaxıstanda baş verən xaos və anarxiya ölkəyə və qazax xalqına nə vəd edir?. Ümumiyyətlə insanların ölkəni bu vəziyyətə gətirməsi nə dərəcədə doğrudur?

– Bu cür anarxiya yaratmaq doğru deyil. Lakin bunun bir səbəbi də narazı kütlənin liderinin olmamasıdır. Lider olmayanda xaos yaranır, kimin idarə etdiyi və kimin məsuliyyət daşıdığı bilinmir. Proseslərin sonunu indidən proqnoz etmək olmaz. Amma istənilən halda baş verənlər Qazaxıstana böyük zərbədir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş