QARABAĞ AZƏRBAYCANDIR!

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız ŞƏHİD OLDU 202
2023-03-05 20:48 | 0 Rəy

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız ŞƏHİD OLDU

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Bu barədə Gündəmtv.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş