QARABAĞ AZƏRBAYCANDIR!

Ermənistanın SƏRT RİTORİKASI: Paşinyan niyə Şuşada yallı gedən keçmiş obrazına qayıdıb? 140
2023-08-12 18:16 | 0 Rəy

Ermənistanın SƏRT RİTORİKASI: Paşinyan niyə Şuşada yallı gedən keçmiş obrazına qayıdıb?

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə bölgədə “gərgin humanitar vəziyyət” barədə iddiaları təkrarlayıb. O, Ermənistan tərəfindən “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə verib. Nikolun belə sərt ritorika nümayiş etdirməsi birmənalı qarşılanmayıb və Azərbaycanın qəzəbinə səbəb olub. Maraqlıdır görəsən, Paşinyanın bu cür sərt və kəskin danışmasının, irəli getməsinin səbəbləri nədir? Azərbaycan bununla bağlı hansı tədbirlər görməlidir?

"Gündəmtv.az" bildirir ki,  mövzunu  şərh edən politoloq Turan Rzayev qeyd edib ki, bu suala cavab tapmaq üçün ilk növbədə erməni psixologiyasını anlamaq lazımdır:

alt text

"Paşinyan ənənəvi erməni siyasətçilərindən təkcə qərbyönümlü olması ilə seçilir. Amma xislət və psixologiya baxımından öz sələflərindən fərqlənmir. Bu baxımdan digər erməni liderləri kimi, o da fürsət yarananda həm işğal siyasətini, həm də dünyada böhtan və şər kampaniyasını davam etdirəcək potensial liderdir. Onu digərlərindən fərqləndirən isə bəzi məqamlarda müəyyən reallıqları dərk etməsidir. Ermənistan tərəfi Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsindən humanitar yardımları buraxmaması fonunda məsələni kifayət qədər şişirdib. Bu məsələdə açıq-aşkar "oyun oynanılıb" və erməni diasporu üzərindən dünyanın diqqətini sözügedən məsələyə yönəltməyə çalışıblar. Məsələ, hətta BMT-yə qədər gedib çıxıb. Bütün bunlar bir sınaq idi.

Sözügedən məsələdə Azərbaycana qarşı güclü təzyiq yoxdur, daha çox məsləhət xarakterli bəyanatlar verilir. Ermənistan beynəlxalq ictimaiyyəti məsələyə daxil etdiyi üçün indi daha cəsarətli və cürətli danışmağa başlayıb. Yəni iki ay öncə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, xalqını reallıqlarla barışmağa çağıran Nikol Paşinyan indi Şuşada yallı gedən keçmiş obrazına qayıdıb. Biz belə bir Paşinyanın cavabını 44 günlük müharibə zamanı vermişik".

Politoloq əlavə edib ki, Ermənistan yenidən prosesi manipulyasiya etməyə çalışır və vəziyyəti öz leyhinə dəyişməyə səy göstərir:

"Bununla da Qarabağ erməniləri üçün ən azı status almağı düşünürlər. Ona görə də, rəsmi Bakı daha ciddi addım atmalıdır. Ermənistanın bu tip destruktiv açıqlamaları, separatçıların görüşdən imtina etməsi sonda Azərbaycanın "Qisas-1 və Qisas-2", eləcə də "Fərrux" əməliyyatlarına bənzər antiterror əməliyyatları başlatması ilə nəticələnəcək. Bununla da Ermənistana "göz dağı" verməliyik və onlara bir daha reallığı başa salmalıyıq. Əgər buna nail olsaq, Ermənistan yenidən köhnə ritorikasına qayıdacaq və Paşinyan xalqını reallıqlarla barışdırmağa məcbur qalacaq.

Bir sözlə, Ermənistana nə qədər güc göstərsək, bir o qədər geri çəkiləcək. Rəsmi İrəvan Azərbaycanın danışıqlar prosesində iştirakını zəiflik kimi qiymətləndirir. Amma Azərbaycan bu cür düşünməyin ermənilərə nəyin bahasına başa gələcəyini göstərməlidir". MediaPost

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş