QARABAĞ AZƏRBAYCANDIR!

Ermənistanın bütün problemləri məhz bu yanlışlıqdan qaynaqlanır - Paşinyan 147
2023-07-22 14:57 | 0 Rəy

Ermənistanın bütün problemləri məhz bu yanlışlıqdan qaynaqlanır - Paşinyan

“Hesab edirəm ki, komplementarizm Ermənistan üçün fəlakətli səhvdir. Və bu xəta yeni deyil, bu xətanın heç 30 yaşı da yoxdur, bu xətanın heç 100 yaşı da yoxdur, bu xəta çox köhnədir”.

“Gündəmtv.az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində Ukrayna müharibəsinin Ermənistanın xarici siyasətinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib.

“Çünki baxın, sualınızın bütün konteksti Ermənistanın Qərblə Rusiya arasında necə yaşayacağıdır. Bağışlayın, amma biz Rusiya ilə Qərb arasında yaşamırıq, əslində, Gürcüstan, Türkiyə, İran və Azərbaycan arasında yaşayırıq.

2021-ci il seçkiləri üçün hökumət proqramımızda regionallaşma adlı müddəa öz əksini tapmışdı. Təcrübə və tariximiz nəyi göstərir? Bir daha təkrar edirəm: söhbət 10, 20, 30, hətta 40 ildən getmir, əsrlərdən gedir. Biz burada yaşayırıq, Rusiya ilə Amerika arasında yaşamırıq. Avropa Rusiya ilə Amerika arasında yaşayır. Biz Gürcüstan, İran, Azərbaycan, Türkiyə ilə əhatə olunmuşuq. Və sual budur: qonşularımızla münasibətlərimizi Moskva, Vaşinqton və Brüssel vasitəsilə tənzimləməliyik? Paradiqma nöqteyi-nəzərindən yox, etməməlidirlər, amma praktikada bizdə belə bir siyasi ənənə yoxdur.

Bütün bugünkü problemimiz öz dərinliyi ilə məhz buradan qaynaqlanır”, - Paşinyan qeyd edib.

O əlavə edib ki, bu, son bir neçə əsrdə bu vəzifədə olan istənilən şəxsin problemidir:

“Ətrafdakılarımızla problemimiz olanda ilk reaksiyamız necə olur? Reaksiya elədir ki, biz baxırıq  görək Moskva nə edə bilər, Brüssel nə edə bilər, Vaşinqton nə edə bilər. Biz bunun fərqindəyik”.

Paradiqmaya gəlincə, Paşinyan deyib ki, bu, Moskva ilə Vaşinqton arasında deyil: “Düzdür, 21-ci əsrdə geosiyasi mərkəzlərdən yan keçərək siyasət aparmaq mümkün deyil, hətta 19-cu əsrdə də bu qeyri-mümkün idi. Burada problem ondan ibarətdir ki, biz indi hələlik adı dəyişməyə çalışırıq. Deyirik ki, balanslı siyasət aparmalıyıq. Biz hələ də nəzəriyyə olan bu yeni paradiqmamızı istəmirik... Mən birbaşa deyirəm ki, hələ bunu həyata keçirə bilməmişik. Bizə görə, nə edəcəyini bilmək başqa şeydir, ənənənin belə olmaması başqa şeydir. Lakin addımlar atmağa çalışırıq. Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etməyim Ermənistanda həm müsbət, həm də mənfi reaksiyalara səbəb oldu. Bu müsbət və mənfi reaksiyalar bütün bu dolaşıqlıqların nəticəsidir”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş