QARABAĞ AZƏRBAYCANDIR!

Ermənistan tərəfi mövqelərimizi atəşə tutdu 129
2023-03-24 21:25 | 0 Rəy

Ermənistan tərəfi mövqelərimizi atəşə tutdu

Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.

Müdafiə Nazirliyindən "Gündəmtv.az  a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini  atəşə tutub.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş