Ermənistan parlamentində yenidən dava düşdü - Video
Ermənistan parlamentində ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə müxalif millət vəkilləri arasında dava düşüb.
“Gündəmtv.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Hayastan” fraksiyasının üzvü Artur Sarkisyanın çıxışından sonra onunla hakim partiyanın nümayəndəsi Ovik Ağazaryan arasında mübahisə yaranıb. Daha sonradan mübahisəyə digər deputatlar da qoşulub.
Təhlükəsizlik xidmətinin əməkdaşları parlamentin spikeri Alen Simonyanın göstərişi ilə Artur Sarkisyanı iclas zalından çıxarıblar. “Qafqazinfo”
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş