Ermənistan parlamentində BİABIRÇILIQ: Mühafizəçilər müxalif deputatları belə döydülər – VİDEO
Ermənistan parlamentində müxalifyönlü deputatlarla, təhlükəsizlik əməkdaşları arasında dava düşüb.
"Gündəmtv.az" KONKRET.az- a istinadən xəbər verir ki, internetdə davanın görüntüləri yayılıb.Ermənistan parlamentinin təhlükəsizlik xidmətinin əməkdaşları “şərəfim var” fraksiyasının deputatı Anna Mkrtçyanı parlamentin iclas otağından çıxarıblar.
Məlumata görə hər şey Ermənistan parlamentinin spikeri Alen Simonyanın mühafizəçilərə Mkrtçyanı konfrans zalından çıxarmağı tapşırmasından sonra baş verib. Belə ki, müxalif “Hayastan” və “şərəfim var” fraksiyalarından olan deputatlar təhlükəsizlik işçilərinin onlara yaxınlaşmasına icazə verməyiblər. Lakin mühafizəçilər onu mühasirəyə alaraq zaldan çıxarıblar. Spiker Simonyan fasilə vermək məcburiyyətində qalıb.
Dava zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın köynəyi cırılıb. Qarşıdurma zamanı müxalifətdən olan deputatlar “Nə edirsən?”, “Ayıbdır”, Dur!”, “Kimə vurursan?” ifadələr səsləndirərək etirazlarını bildiriblər.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş