QARABAĞ AZƏRBAYCANDIR!

Ermənistan köməyə çağırsa, İran onu dəstəkləyəcək – Keçmiş səfir 44
2023-09-12 09:40 | 0 Rəy

Ermənistan köməyə çağırsa, İran onu dəstəkləyəcək – Keçmiş səfir

“Yaxın gələcəkdə Cənubi Qafqazda genişmiqyaslı silahlı münaqişə gözləmək lazım deyil. Gərginlik danışıqlar yolu ilə həll olunacaq. Ermənistan köməyə çağırsa, İran onu dəstəkləyəcək. Lakin maraqları qorumaq üçün diplomatiya ən yaxşı vasitə olaraq qalır. Rusiya təsirinin zəifləməsinə baxmayaraq, həm də regiondakı ziddiyyətləri yumşaltmağa kömək edə bilər”.

Gündəmtv.az xəbər verir ki, bunu İran İslam Respublikasının Ermənistandakı keçmiş səfiri Seyed Əli Saqayan bildirib.

Onun sözlərinə görə, İran “2020-ci il müharibəsində (ikinci Qarabağ müharibəsi) düzgün mövqe tutaraq bildirib ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, lakin beynəlxalq səviyyədə tanınmış sərhədlərdə heç bir dəyişiklik olmamalıdır”.

Bundan əvvəl İranın Azərbaycandakı keçmiş səfiri Pakain Tehranı “son günlər Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginlik kontekstində neytrallığı qorumağa” çağırıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş