QARABAĞ AZƏRBAYCANDIR!

“Ermənistan hökuməti Qafan aeroportundan uçuşlar etməyə niyə qorxur – ŞOK SƏBƏBLƏR 327
2022-10-13 09:33 | 0 Rəy

“Ermənistan hökuməti Qafan aeroportundan uçuşlar etməyə niyə qorxur – ŞOK SƏBƏBLƏR

“Ermənistan hakimiyyət orqanlarının səriştəsizliyi nəticəsində artıq Qafan aeroportu Azərbaycanla sərhəddə yerləşib.

"Gündəmtv.az"   KONKRET.az-a  istinadən xəbər  verir ki, bu barədə deputat Vahe Akopyan bildirib. O qeyd edib ki, qorxudan Qafandan İrəvana uçuşlara görə məsuliyyəti heç kim üzərinə götürmək istəmir: “Hava limanı üç ilə inşa edilib. Bunun üçün 9 milyard dram (təxminən 18 milyon dollar) xərclənib. Hava limanı istismara hazırdır, amma hökumətin müharibədə məğlubiyyəti səbəbindən hava limanının yerləşdiyi ərazi sərhəd bölgəsinə çevrilib”.

Akopyan qetd edib ki, Qafandan İrəvana uçuşlara görə təyyarələrin təhlükəsizliyini heç kim üzərinə götürmək istəmir. Hələ 2021-ci ilin yanvarında Ermənistanın Ombudsmanı Arman Tatoyan sünikdə sərhədlərin müəyyənləşdirilməsindən sonra  nəinki Qafan hava limanının, hətta İrəvana gedən yolun da təhlükə altında olduğunu bildirmişdi.

Azərbaycan ordusunun gücünü 44 günlük Vətən müharibəsi zamanı görən ermənilər artıq əməlli-başlı qorxu içərisində yaşayırlar. Ermənistan hökumətinin Qafan aeroportundan uçuşları həyata keçirməyə qorxması ölkənin acınacaqlı vəziyyətini bir daha sübuta yetirir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş