Ermənistan-Azərbaycan sərhədləri ilə bağlı növbəti görüş nə vaxt olacaq? - Qriqoryan
Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələrinin sonuncu görüşü iyulun 12-də baş tutub.
Gündəmtv.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.
Görüşün keçirilməməsi ilə bağlı məsələyə aydınlıq gətirən Qriqoryan deyib: “Son iclasda qərara alındı ki, prosessual məsələlər müzakirə olunmalıdır. Hesab edirəm ki, ilk növbədə əməkdaşlığın formatı və forması razılaşdırılmalı, tənzimlənməlidir, sonra görüşlər olacaq”.
Sülh müqaviləsinin ilin sonuna qədər bağlanıb-bağlanmayacağına gəldikdə isə baş nazirin müavini bildirib ki, hazırda konkret tarix deyə bilməz.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş