QARABAĞ AZƏRBAYCANDIR!

Ermənilərin yaxın dostu Bakıya gəldi, amma... 45
2024-02-06 09:12 | 0 Rəy

Ermənilərin yaxın dostu Bakıya gəldi, amma...

Azərbaycan ATƏT-in müşahidəçisi kimi ölkəmizə daxil olmağa cəhd edən Nik Quqqerin girişinə əngəl olub. Polis onu hava limanında yoxladıqdan sonra İstanbul reysi ilə geri göndərib.

“Gündəmtv.az” xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı məlumat verib. Qeyd olunur ki, o, İsveçrədəki erməni lobbisinin fəal dəstəkçisidir və Azərbaycanı “xristianların soyqırımı”nda ittiham edərək sanksiyalar tətbiq olunmasını tələb edir.

Nik Quqqer bir müddət əvvəl AŞPA-da Azərbaycan əleyhinə çıxış edib. Daha əvvəl isə Qarabağ məsələsinə görə Ermənistana dəstək nümayiş etdirib. İsveçrə XİN onun geri göndərilməsi ilə bağlı məlumatı təsdiqləyib.

Bununla belə hazırda ATƏT-in Azərbaycanda seçkiləri müşahidə missiyasının tərkibində qatı ermənipərəstlər yenə də var. Onlardan biri Lüksemburq parlamentin keçmiş spikeri Fernand Etgendir. Etngenin Qarabağ münaqişəsinə görə Ermənistanı açıq müdafiə etməsinin və Azərbaycana qarşı çıxışlarının uzun tarixçəsi var. 44 günlük Vətən müharibəsindən sonra - daha dəqiq, 2020–ci il dekabrın 24-də Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamədə Fernand Entgenin də imzası var.

Sözügedən qətnamədə Azərbaycan hakimiyyəti "dağlıq Qarabağın" yekun "statusu"na aparan siyasi prosesə təşəbbüs göstərməyə, "kasset silahlarından istifadə daxil olmaqla, mülki infrastruktura hücumlara dair sənədləşdirilmiş hərbi cinayətlərin müstəqil araşdırılmasına" tərəfdar olmağa, "erməni monastrlarının, kilsələrin və abidələrin müdafiəsinə zəmanət verməyə" çağırılıb.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmin bəyanatı pisləyən bəyanat vermişdi. XİN-in bəyanatında deyilir ki, parlamentin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən bu qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülür.

“Vurğulamaq istərdik ki, bu kimi təxribat xarakterli və qərəzli sənədlərin qəbulu bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcək”, - XİN-in bəyanatında deyilir.

Onu da xatırladaq ki, bu il yanvarın 31-də Lüksemburq parlamenti sədrinin dəvəti ilə bu ölkəyə Ermənistan-Lüksemburq Dostluq Qrupunun rəsmi səfəri olub. Məlumata görə, dostluq qrupunun rəhbəri S.Qazaryan, deputatlar T.Vardanyan, A.Culakyan və A.Yeqoyan Lüksemburqun Deputatlar Palatasının sədri Fernand Etgen ilə görüşüblər. S.Qazaryan Lüksemburq parlamentinin 15 oktyabr, 24 dekabr 2020-ci il və 10 noyabr 2021-ci il tarixlərində yekdilliklə qəbul etdiyi qətnamələrə görə təşəkkür edib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “AzPolitika.info”ya açıqlamasında bildirib ki, bu barədə onlarda məlumat yoxdur. 

“Sorğunun aidiyyatı qurumlara, o cümlədən Mərkəzi Seçki Komissiyasına ünvanlanması məqsədəuyğun olar”, - o deyib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş