QARABAĞ AZƏRBAYCANDIR!

Ermənilərdən Elşad Abdullayevə "JEST" - Sabiq rektora nə təklif etdilər? 814
2023-04-01 17:23 | 0 Rəy

Ermənilərdən Elşad Abdullayevə "JEST" - Sabiq rektora nə təklif etdilər?

Uzun müddətdir vətənə xəyanət yolunu seçərək ermənipərəst mövqeyi ilə tanınan Fransaya sığınan "ABU"nun sabiq rektoru Elşad Abdullayev haqda növbəti ilginc iddialar daxil olub.

Gündəmtv.az-ın redaksiyasına daxil olan məlumata görə, bu dəfə ermənilərlə qohumluq əlaqələrinə malik Elşad Abdullayevə dığalar "unikal" təklif ediblər. Belə ki, erməniyə ərə gedən qızı Aynurun "qohum"ları Elşad Abdullayevi Ermənistanda yaşamağa çağırıblar.

Bu təklifə Ermənistan hökumətinin də dəstək verdiyi haqda məlumatlar var. Belə ki, vətəninə xəyanət yolunu tutan Abdullayevə Xankəndidə yaşamaq üçün icazə verilib.

Görünən odur ki, Fransada erməni lobbisinin Azərbaycana qarşı məkrli planlarında iştirak edən Elşad Abdullayev "dığa"ların gözünə girməyi bacarıb. 

Qeyd edək ki, oğlu Elşən Abdullayev də Moskvada ermənilərə maddi dəstək verməsi ilə ad çıxarıb. Qızı Aynurun isə erməni ilə ailə qurması bu ailənin əsl xislətindən xəbər verir və onların damarında azərbaycanlı qanının axdığına böyük şübhələr yaradır.

Gündəmtv.az

Qalareya

Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş