Ermənilər göz oxşayan fransız şəhərlərini necə "məhv edir"? - FOTOLAR
Dünyanın hansı nöqtəsindən baxsaq hazırda Fransa “üstü bəzək, altı təzək” bir dövləti xatırladır. Bu el məsələni “Dərviş Parisi Partlatdı” ifadəsi ilə də əvəzləyə bilərik. Bənzətmələrimiz heç də səbəbsiz deyil. Hazırda dünyaya demokratiya dərsi keçməyə çalışan lakin “öz gözündə tiri görməyib başqasının gözündəki çöpü” axtaran Fransanın düşdüyü vəziyyət sözün bütün mənalarında ağırdır. Artıq “Fransız xalqı kef edir” ifadəsi də sadə fransızlara və makron administrasiyasının üzvlərinə yapışmır. Vaxtilə Qərb sivilizasiyasının beşiyi sayılan ölkə indi xarabalığa çevrilən, müharibələr nəticəsində uçub-dağılan bəzi ərəb dövlətlərini xatırladır.
Təbii ki, səriştəsiz Makronun verdiyi qərarlara etiraz edən qəzəbli fransız toplumunun zibbilliyə çevirdiyi, uçurdub dağıtdığı Paris, Marsel, Leon kimi şəhərlərin vizual görünüşünü yenidən bərpa etmək mümkün olacaq. Ancaq bu etirazların fransız xalqının qəlbində açdığı dərin yaraların sağalacağına ümidlər azdır. Heç Fransa da əvvəlki kimi olmayacaq. Dəyişməyən yəqin ki, Makron və onun administrasiyasının ikiüzlü, riyakar və ermənipərəst siyasətidir ki, artıq mənfur düşmənlərimiz bunun heç bir əməli faydasını görə bilmirlər. Necə deyərlər, “it hürür, karvan keçir”. Öz haqq səsini ucaltdığı, hüquqlarının bərpasını tələb etdiyi üçün xalqına qan udduran, şallaq və dəyənəklərlə döydürən, küçədə sürüyən Makronu və onun rəhbərlik etdiyi hökuməti heç kim ciddi qəbul etmir. Odur ki, Fransanın “demokratiya” arzularının da suya düşdüyünü deyə bilərik.
Bir sözlə, bu gün Fransanın göz oxşayan şəhərləri Suriyanın və İraqın səliqəsiz, natəmiz və zibillə dolu şəhərlərindən geri qalmır. Küçə ticarəti, zibil qablarından aşıb-daşan məişət tullantıları, qanunsuz parklamalar və digər bu kimi amillər nəinki Fransanın, hətta bütün Avropanın gözəllik harmoniyasını kobud şəkildə pozur. Fransa şəhərlərinə ilk dəfə daxil olan əcnəbilərin özlərini sanki ən geridə qalmış Afrika ölkələrində hiss etdiklərini də deyə bilərik. Xüsusən də, ermənilərin yaşadığı Marsel şəhərinin küçələri səliqəsizliyi və natəmizliyi ilə diqqət çəkir. Ancaq buna təəccüblənmək lazım deyil. Mənfur qonşularımızın ayağı dəyən hər yerin xarabalığa çevrildiyini ən azı biz azərbaycanlılar yaxşı bilirik. Amma fransızlara qəti şəkildə ürəyimiz ağrımamalıdır. Ermənilərə olan sevgiləri ilə bu taleyi özləri seçiblər və ona görə də cəzalarını çəkməyə məhkumdurlar.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş