QARABAĞ AZƏRBAYCANDIR!

Erməni qadın: “Son ümidim İlham Əliyevdir” 451
2022-10-13 09:33 | 0 Rəy

Erməni qadın: “Son ümidim İlham Əliyevdir”

"Gündəmtv.az Baku.tv-yə istinadən xəbər verir ki, övladı barədə heç bir məlumat ala bilməyən bir ananın aksiyadakı çıxışı diqqəti cəlb edib. O, jurnalistlərə Azərbaycana təslim olacağını açıqlayıb:

“ Mən gedib Azərbaycana təslim olacağam. Azərbaycanlılar mənə toxunmayacaq. Siz isə mənim Azərbaycana necə təslim olmağımı dünya üçün çəkməlisiniz. Çəkməyə gəlməsəniz, demək, siz də satqınsınız. Dünən Paşinyana göruşdə dedim ki, bu gün Azərbaycana təslim olacağam. Mənim qərarımı o da bilir. O bu gün cavab verməlidir”.

Övladını itirmiş ananın sözlərinə görə, erməni analarına yalnız Azərbaycan Prezidenti İlham Əliyev kömək edə bilər:

“Bu qoyunlar analar qarşısında qapıları bağlayırlar, bizimlə hesablaşmırlar. Necə edim ki, mənim səsimi İlham Əliyev eşitsin? Əgər o mənim səsimi eşitsə, əlimdən tutub deyəcək ki, gəl birlikdə oğlunu tapaq. Mən buna əminəm. Əgər sizin imkanınız varsa, İlham Əliyevə övladlarımızı tapmaq üçün bizə təyyarə göndərməsini çatdırın. Əgər o bu xəbəri eşitsə, mütləq yardım edəcək. Buna əmin olun. Bizə ondan başqa heç kəs kömək edə bilməz”.

O, Ermənistan rəhbərliyini və müxalifəti lənətləyib: 

“Bu insanlar heç nə edə bilmirlər. Bunu övladlarını itirmiş analar qrupunun adından bildirirəm. Bu qrup ötən gün görüşdə  olub, orada bizə heç kim heç nə demədi. Sadəcə dedilər ki, gedin, əgər məlumat olarsa, biz sizə xəbər edəcəyik. Lənət olsun belə hakimiyyətə də, müxalifətə də!”.

 

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş