QARABAĞ AZƏRBAYCANDIR!

Erməni “Kissincer”lərin “Gizli şam yeməyi” - VİDEO 130
2023-08-26 17:50 | 0 Rəy

Erməni “Kissincer”lərin “Gizli şam yeməyi” - VİDEO

Ermənistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəliyi ötən çərşənbə günü təşkilatın mənzil-qərargahında BMT üzvü bir sıra ölkələrdən olan həmkarları ilə gizli görüş keçirib.

İst-River çayının sahilində yerləşən bina böyük olmasına baxmayaraq, “torbadakı pişiyi” gizlətməyə heç də hər kəs və hər zaman müvəffəq olmur. 

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan videosüjetində bəhs olunur.

Belə ki, Azərbaycan təmsilçiliyi, görünür, casuslar barədə serialların pərəstişkarı olan erməni diplomatlarının bu gülünc aktivlikləri barədə dərhal xəbər tutdu. Ümumiyyətlə, gizli təşkilat və keçirilən qapalı görüş faktının özü Ermənistanın həqiqət qarşısında dərin kompleksinin ən aydın sübutu hesab oluna bilər.
Həmçinin, bu, onların öz yalançı narrativlərinin təşviqi yolunda yaranan təkzibedilməz və əlverişsiz faktları aradan qaldırmaq cəhdi kimi də qiymətləndirilə bilər.

Onlara bu işdə ancaq bu faktlara sahib olanlar mane ola bilərlər. Məhz onların iştirakı və binalardan birində keçirilən görüş barədə xəbər tutmaları erməni diplomatlara Hiçkok dəhşəti yaşadıb.

Daha ətraflı videosüjetdə:

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş