QARABAĞ AZƏRBAYCANDIR!

Erməni jurnalist xunta rejiminin Qarabağdakı şok fırıldağını ifşa etdi - VİDEO 122
2023-10-02 11:38 | 0 Rəy

Erməni jurnalist xunta rejiminin Qarabağdakı şok fırıldağını ifşa etdi - VİDEO

Xankəndidə un, yağ, makaron və s. ərzaqlarla dolu olan anbarın görüntüsü yayılıb.

Gündəmtv.az xəbər verir ki, bu barədə erməni jurnalist Bella Lalayan paylaşım edib. O, ləğv edilmiş separatçı xunta rejimin rəhbərlərini "böhran" uydurmasından Qarabağ ermənilərinə qarşı sui-istifadə etməkdə ittiham edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurla başa çatan lokal antiterror əməliyyatlardan əvvəl xunta rejimi Azərbaycanın guya Qarabağdakı erməniləri blokada şəraitində saxladığını deyərək humanitar problemlər yaşandığını iddia edirdilər.

Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda baş tutan görüş zamanı nümayəndələrin Azərbaycan mərkəzi hökumətindən ilk istəyi ərzaq və yanacaq yardımı ilə bağlı olmuşdu.

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş