QARABAĞ AZƏRBAYCANDIR!

Ərdoğanın ölkəmizə səfər proqramı açıqlandı 153
2023-06-10 19:08 | 0 Rəy

Ərdoğanın ölkəmizə səfər proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana rəsmi səfərə gələcək. 

“Gündəmtv.az”  “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğanın ölkəmizə səfər proqramı açıqlanıb.

Ərdoğan səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək.

İkitərəfli münasibətlər istiqamətində atılacaq addımların və iki ölkə arasında əməkdaşlıq sahələrinin müzakirə olunacağı görüşlərdə regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş