QARABAĞ AZƏRBAYCANDIR!

Ərdoğanın bu addımı gündəm oldu 19
2022-10-13 09:33 | 0 Rəy

Ərdoğanın bu addımı gündəm oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasiminə gedərkən yolda maraqlı anlar yaşanıb.

"Gündəmtv.az" xəbər verir ki, Ərdoğan avtomobilindən düşərək onu 2 saatdan çox yağış altında əllərində bayraqla gözləyən 10 yaşlı Kübra Ateş və 6 yaşlı Metehan Ateşi salamlayıb. Bacı-qardaşla söhbət edən Prezident onlara hədiyyələr verib.

Kübra Ateş sevincini bölüşüb: “Tayyib babamı gördüm. Çox xoşbəxtəm. Tayyib babamı yolda görəndə əlimi yellədim, durdu. Yanağımdan öpüb mənə hədiyyə verdi”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş