QARABAĞ AZƏRBAYCANDIR!

Ərdoğan Yunanıstanı Lozanna sülh müqaviləsini qəsdən pozmaqda İTTİHAM ETDİ 29
2022-10-13 09:33 | 0 Rəy

Ərdoğan Yunanıstanı Lozanna sülh müqaviləsini qəsdən pozmaqda İTTİHAM ETDİ

Ərdoğan Yunanıstanı sərt tənqid edib.

"Gündəmtv.az" xəbər verir ki, Ərdoğan son vaxtlar Lozanna Sülh Müqaviləsi müddəalarını, xüsusən də türk milli azlığının hüquqları ilə bağlı müddəalarını qəsdən pozmaqda ittiham edib.

“Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 2023-cü ildə qeyd olunacaq Lozanna müqaviləsinin imzalanmasına inamlı addımlarla yaxınlaşan Türkiyə regional və qlobal məsələlərdə də mövqeyini gücləndirməkdə davam edir”, – deyə Ərdoğan bildirib.

Prezident bildirib ki, Yunanıstanı Lozanna sülh müqaviləsinin müddəalarını bilərəkdən pozur.

“Lakin Yunanıstan son vaxtlar Lozanna sülh müqaviləsinin müddəalarını bilərəkdən pozub. Xüsusən də türk milli azlıqlarının hüquqları ilə bağlı.

Türkiyə mehriban qonşuluq və razılaşmalara sadiqlik prinsiplərinə zidd olan vəziyyəti qəbul edə bilməz”, – deyə Ərdoğan bildirib.

Daha sonra Ərdoğan vurğulayıb ki, Ankara bölgədə davamlı sülh və sabitliyin bərqərar olması, Yunanıstanda türk xalqının hüquqlarının təmin edilməsi üçün hər cür səy göstərmək əzmindədir.

Xatırladaq ki, bu il Lozanna Sülh Müqaviləsinin imzalanmasının 99-cu ildönümüdür.//KONKRET.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş