QARABAĞ AZƏRBAYCANDIR!

Ərdoğan Ukraynaya yola düşdü - YENİLƏNİB 65
2022-10-13 09:33 | 0 Rəy

Ərdoğan Ukraynaya yola düşdü - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşüb.

"Gündəmtv.az" xəbər verir ki, onu hava limanından dövlət rəsmiləri yola salıb.

***

11:35
Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə bu gün – fevralın 3-də Ukraynaya səfər edəcək.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilib.

Açıqlamaya əsasən, prezidentlər arasında görüş keçiriləcək. Səfər çərçivəsində iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə Türkiyə-Ukrayna Ali Səviyyəli Strateji Şuranın 10-cu toplantısı keçiriləcək. Şuranın toplantısında müxtəlif müqavilə və razılaşmaların, habelə Azad Ticarət Müqaviləsinin imzalanacağı nəzərdə tutulub.

Nazirlərin iştirakı ilə Kiyevdə keçiriləcək Şura toplantısında strateji ortaqlıq çərçivəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün istiqamətləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşməsi imkanları müzakirə olunacaq. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılacaq.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş