QARABAĞ AZƏRBAYCANDIR!

Ərdoğan-Putin görüşü ilə bağlı Kremldən AÇIQLAMA 97
2022-10-13 09:33 | 0 Rəy

Ərdoğan-Putin görüşü ilə bağlı Kremldən AÇIQLAMA

“Kreml Rusiya Prezidenti Vladimir Putin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşün mümkünlüyü barədə konkret məlumata malik deyil”.

"Gündəmtv.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl qeyd edib ki, tezliklə Ukraynaya səfər etmək niyyətindədir. O, həmçinin Vladimir Putinlə telefonla danışmağı və yaxud Moskvaya səfər etməyi də istisna etməyib.

Xatırladaq ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının sözlərinə görə, Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenskini iki ölkə arasındakı fikir ayrılıqlarını müzakirə və nizamlamaq üçün Türkiyəyə dəvət edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş