QARABAĞ AZƏRBAYCANDIR!

Ərdoğan bu gün and içəcək 212
2023-06-03 11:01 | 0 Rəy

Ərdoğan bu gün and içəcək

Bu gün Türkiyədə prezident seçkilərində yenidən qalib gələn Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. 

“Gündəmtv.az” “TRT Haber”ə istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Şimali Kipr, Qazaxıstan da daxil olmaqla, 20-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

Bəzi ölkələri isə XİN rəhbərləri təmsil edəcək. 

İnauqurasiya ilə bağlı ilk tədbir Türkiyə Böyük Millət Məclisində keçiriləcək. Daha sonra isə Beştepedə prezident iqamətgahında tədbir təşkil ediləcək. 

Bunun ardınca isə, Ərdoğanın Çankaya iqamətgahına gedəcəyi bildirilir. O, burada ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş