QARABAĞ AZƏRBAYCANDIR!

Ərdoğan Azərbaycanla bağlı sənədi TƏSDİQLƏDİ 135
2023-08-04 10:16 | 0 Rəy

Ərdoğan Azərbaycanla bağlı sənədi TƏSDİQLƏDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

"Gündəmtv.az" xəbər verir ki, məlumatı “Resmi Gazete” yayıb. Sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Saziş 12 maddədən ibarətdir.

Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.

Saziş mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş