QARABAĞ AZƏRBAYCANDIR!

Ərbakanın oğlu namizədliyini geri götürdü - YENİLƏNİB 26
2023-03-24 21:04 | 0 Rəy

Ərbakanın oğlu namizədliyini geri götürdü - YENİLƏNİB

Türkiyə prezidenti postuna namizəd olan Fatih Ərbakan namizədliyini geri götürüb.

 Bu barədə Ərbakanın özü məlumat verib.

O, seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.

Prezidentliyə namizəd olmaq üçün 100 min imza toplayan Fatih Ərbakanın rəhbərlik etdiyi “Yenidən Rifah” partiyası martın 20-də verdiyi qərarı dörd gün ərzində dəyişib və “Cümhur” ittifaqına qoşulduğunu aşıqlayıb.

"Gündəmtv.az"  Türkiyə mediasına istinadən bildirir ki, 4 gün əvvəl “Milli Görüş xəttindən güzəştə getmədən” yollarına davam etdiklərini bildirən Ərbakan bu gün deyib: “Partiyamız bu yürüşdə qısa zamanda çox böyük yol qət etdi”.

Partiyasının mayın 14-də keçiriləcək seçkilərə “çox ciddi və həlledici qüvvə” kimi daxil olduğunu bildirən Ərbakan Milli Görusun “əsl istiqamətinə uyğun” təmsil olunduğunu qeyd edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş