QARABAĞ AZƏRBAYCANDIR!

Ərbakan illər öncə CHP haqda: "Nəbadə aldanasınız, bilmirikmi..." - VİDEO 85
2023-05-15 15:09 | 0 Rəy

Ərbakan illər öncə CHP haqda: "Nəbadə aldanasınız, bilmirikmi..." - VİDEO

İllər öncə seçkiöncəsi kampaniyada Milli Baxış lideri Nəcməddin Ərbakan CHP haqqında dediyi fikirlər 14 may seçkiləri üçün də aktuallığını itirməyib.

"Gündəmtv.az” xəbər verir ki, Ərbakan illər öncə seçkiöncəsi kampaniyada çıxış edərək xalqı CHP-yə inanmağa və onun arxasınca getməməyə səsələyib.

Ərbakan CHP-nin bayrağındakı simvola işarə edərək deyib ki, altı ox iqtidara gələ bilməyəcək.

“Mənə bax, fırıldaqçı Nihat bəy. Adamı aldadırsan. Məgər biz sənin nə oyun oynadığını bilmirikmi? 

Mən əziz millətimə bildirmək istəyirəm ki, nəbadə CHP-yə inanıb, ona bel bağlayasınız. Ey kaşketli (yəni papaqlı-red) adam, məni yaxşıca dinlə. CHP-yə aldanın quyruğuna yapışma... Yenə aldanıb, ac qalarsan.

Keçən dəfə dedim, dinləmədin, indi dizini döyürsən. Bax bir daha aldanırsan, o zaman döyməyə dizin də qalmayacaq”, - Ərbakan deyib.

Türkiyə mediası Ərbakanın ozamankı çıxışını “Millət İttifaqı”ında birləşən 7 partiyanın CHP-yə aldanaraq 14 may 2023-cü il seçkilərində dəstəkləməsinin məğlubiyyətinin acısını yaşaması ilə eynilik təşkil etdiyini qeyd ediblər. 

 

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş