QARABAĞ AZƏRBAYCANDIR!

“Ərazilərin təslim edilməsi qəbulolunmazdır” – Armen Xaçatryan 181
2022-10-13 09:33 | 0 Rəy

“Ərazilərin təslim edilməsi qəbulolunmazdır” – Armen Xaçatryan

“Hakim partiyanın siyasi komandasının üzvlərinin əksəriyyəti hər hansısa bir ərazinin Azərbaycana verilməsinin əleyhinədir”.

"Gündəmtv.az"   KONKRET.az-a  istinadən xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin üzvü Armen Xaçatryan səsləndirib:

“Mən hər hansısa ərazinin Azərbaycana təslim edilməsini qəbulolunmaz hesab edirəm. Ermənistan bunun baş verməməsi üçün addımlar atmalıdır” – deyə Xaçatryan vurğulayıb.

Digər deputat Aqness Xamoyan da Tavuş bölgəsinin kəndlərini ziyarət etdiyini deyib və bildirib ki, burada ermənilər hər hansısa bir ərazinin təslim edilməsini qəbulolunmaz sayırlar:

“Söhbət Qazaxın Barxudarlu, Sofulu, Yuxarı Əskipara, və Naxçıvanın Kərki anklavlarından gedir. Ermənilərin uydurmasına görə guya Tavuş bölgəsi Ermənistanın olub. Lakin tədricən azərbaycanlı çobanlar bu ərazilərə köçüb və ən yaxşı torpaqlara sahibləniblər.  Hal-hazırda dövlətlərarası İrəvan-Tbilisi magistral yolu da oradan keçir” – deyə Xamoyan vurğulayıb.

Göründüyü kimi tarixi Azərbaycan ərazilərində özlərinə Ermənistan adlı dövlət quran ermənilərin ərazi xülyaları bitib-tükənmir. Lakin Qazax və Naxçıvanın kəndləri də tezliklə Azərbaycana geri qaytarılacaq və tarixi ədalət tam bərpa olacaq.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş