QARABAĞ AZƏRBAYCANDIR!

Elşən Abdullayevin Rusiya vətəndaşlığı ləğv oluna bilər - Moskva prokurorluğu hərəkətə keçdi 477
2023-03-22 22:23 | 0 Rəy

Elşən Abdullayevin Rusiya vətəndaşlığı ləğv oluna bilər - Moskva prokurorluğu hərəkətə keçdi

Atasının Azərbaycan dövlətindən və xalqından oğurladığı pullar hesabına Rusiyada kef çəkən Elşən Abdullayev haqda məlumatlar səngimək bilmir.

Gündəmtv.az xəbər verir ki, özü Rusiyada yaşasa da, oranın vətəndaşı olmayan Elşən Abdullayev atası kimi fırıldaq işlərə baş qoşmaqdan çəkinmir.

Belə ki, Elşad Abdullayevin oğlu Elşən Abdullayev qanunsuz yollarla Moskvada ikili vətəndaşlıq alıb. Hal-hazırda orada məskunlaşmasına baxmayaraq, ailəsindən ayrı yaşayan oğul Abdullayevin buna becə nail olması suallar doğurur. 

ÇünkiElşən Abdullayev evli deyil və rəsmi olaraq Rusiyanın qanunlarına zidd şəkildə orada vətəndaşlıq almağa nail olub. Bunu sübuta yetirən bir sıra faktlar da mövcuddur.

Elşən Abdullayevin Rusiya hökumətini aldatması və qanunsuz şəkildə ikili vətəndaşlığa sahiblənməsi haqda dəfələrlə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə müraciət olunub. Artıq FTB  işə baxılması üçün müraciəti Moskva şəhər Prokurorluğuna  yönəldib. Ümid edirik ki, saxtakarlıq edərək yaşadığı ölkənin qanunlarını pozan Elşən Abdullayev haqda düzgün qərar çıxarılacaq və o, öz əməllərinin cəzasını alacaq.

Gündəmtv.az

Qalareya

Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş