QARABAĞ AZƏRBAYCANDIR!

Elşən Abdullayev Rusiyada milyonları, villaları və bahalı maşınları necə əldə edib? – ŞOK FAKTLAR 989
2022-12-25 18:23 | 0 Rəy

Elşən Abdullayev Rusiyada milyonları, villaları və bahalı maşınları necə əldə edib? – ŞOK FAKTLAR

Azərbaycanda onlarla cinayət törədib ölkədən qaçmağa nail olan Elşad Abdullayev hal-hazırda Fransaya sığınsa da, oğlu vasitəsilə yenə də ermənilərlə əməkdaşlığını davam etdirir. Sabiq rektorun oğlu Elşən Abdullayev hazırda Moskvada yaşayır və qanunsuz əməllərində heç də atasından geri qalmır. Onun ermənilərlə iş birliyinə, düşməni maliyyələşdirdiyinə dair faktları dəfələrlə saytımızda dərc etmişik. Elşən Abdullayev özünü ziyalı kimi göstərməyə, biznes fəaliyyəti ilə məşğul olduğunu gözə soxmağa çalışsa da, onun əslində düşmən dəyirmanına su tökən bir “vətən xaini” olduğu, atasının Azərbaycan təhsilindən oğurladığı və insan orqanı alverindən qazandığı çirkli pullarla biznes qurduğu heç kimə sir deyil. Onun guya MDU-nun əməkdaşı olması ilə bağlı səsləndirdiyi fikirlər də həqiqətə uyğun deyil. Belə ki, rəsmi sənədlərdə Elşən Abdullayevin Moskva Dövlət Universitetinin əməkdaşı ilmadığı əks edilib.

Gündəmtv.az-ın əldə etdiyi məlumatlara görə,  Elşad Abdullayev barəsində orqan mafiyası və 10 minə yaxın tələbənin rüşvət məsələsi ilə bağlı ittiham var. Moskvada yaşayan oğlu Elşən Abdullaye haqda isə erməniləri maliyyələşdirmə, ikili vətəndaşlığın olması, qanunsuz biznes fəaliyyəti və sair ağır ittihamlar mövcuddur. Amma bu, aysberqin yalnız görünən tərəfidir. Etibarlı mənbədən daxil olan məlumata görə, Elşad Abdullayev Fransaya sığınsa da,  Rusiya FTX-si ilə sıx əməkdaşlıq edir. Onun oğlu Elşən Abullayevin Rusiya FTX-nə çalışdığı bildirilir. Oğlu Elşən Abdullayevin həmçinin Rusiyada milyonlarla pul vəsaitinə, villalara və müxtəlif markalı bahalı maşınlara malik oldugu haqda məlumatlar var. Hətta Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti Elşad Abdullayev Parisdə Rusiya kəşfiyyatında işləyən oğlu Elşən Abdullayevin adına iki şirkət də açıb

Görünür Azərbaycanda minlərlə ailəyə qarşı dələduzluq etdikdən sonra Fransaya qaçan ABU-nun keçmiş dələduz rektoru Elşad Abdullayev etdiyi cinayətlərdən cəzasız qaldığından arxayınlaşıb. Elə bu səbəbdəndir ki, oğlu Elşən Abdullayev də atasının çirkli pulları hesabına qurduğu biznesini rahat şəkildə idarə edir. Üstəlik bu bizneslərdən qazandığı pullarla Azərbaycanın əbədi və əzəli düşməni olan erməniləri maliyyələşdirməkdən, onlara dəstək verməkdən çəkinmir. Ümid edirik ki, Elşad Abdullayev və onun özü kimi cinayətkar oğlu Elşən Abdullayev qanunsuz əməllərinə görə mütləq cəzasına çatacaq.

Gündəmtv.az

Qalareya

Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş