QARABAĞ AZƏRBAYCANDIR!

Elşad Abdullayevin 60 milyonluq binasının aqibəti necə olacaq? - DETALLAR 874
2022-10-13 09:33 | 0 Rəy

Elşad Abdullayevin 60 milyonluq binasının aqibəti necə olacaq? - DETALLAR

Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayev haqda şikayətlər səngimək bilmir. Adı bir sıra qalmaqallarda, cinayətkar əməllərdə, rüşvət və korrupsiya faktlarında hallanan ABU-nun sabiq rektoru öz çirkin əməllərindən hələ də əl çəkmək istəmir. Fransadan siyasi sığınacaq alıb Azərbaycanda törətdiyi cinayətlərdən yaxa qurtardığını düşünən Abdullayevin gec-tez ölkəyə gətiriləcəyi və törətdiyi qatı cinayətlərdən dolayı mühakimə olunacağı şübhə doğurmamalıdır. 

Gündəmtv.az xəbər verir ki, İNTERPOL tərəfindən axtarışa verilən Abdullayevin özü kimi qaranlıq keçmişə sahib havadarları sayəsində hələ də hakim qarşısına çıxarılmasa da, Vətən xaininin tezliklə tapılaraq Azərbaycana gətirilməsi və layiqli cəza alması tələbi gündəmdən kənarda qalmamalıdır.
Redaksiyamıza daxil olan məlumata görə, Elşad Abdullayev vaxtilə ABU-nun Moskva filialını 15 sot torpaq sahəsi üzərində yaradaraq milyonlar mənimsəyib. Belə ki, 2007-ci ildən 2010-cu ilə qədər sabiq təhsil naziri Misir Mərdanovun rəsmi məktubu əsasında yaradılan filial Elşad Abdullayevin adına sənədləşdirilib və bu işə 10 milyon dollar vəsait xərclənib. ABU-nun sabiq rektorunun cibindən çıxan bu milyonların mənbəyi isə məlum deyil. Əslində sabiq rektor heç bir təhsil verməyən, diplomu bir qəpiyə belə dəyməyən ABU-da tələbələrdən qeyri-qanuni yolla yığdığı vəsaitlərin bir hissəsini Moskva filianının yaradılması üçün xərcləyib desək, yəqin ki, yanılmarıq. 

image.png

Azərbaycan xalqının pullarını mənimsəyən bu şəxsdən fərqli olaraq  Azərbaycanı övladı kimi çox istəyən, 1-ci Qarabağ müharibəsi illərində varını ordudan əsirgəməyən, hazırda Moskvada yaşayan tanınmış iş adamı Fuad Rzayevin dediyinə görə, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının binasının  hazırda  60 milyon dollara yaxın qiyməti var. Lakin təəssüflər olsun ki,  universitetin binası Fransaya qaçmış cinayətkar  Elşad Abdullayevin adına olduğu üçün, aidiyyəti orqanlar bundan istifadə etməyə və  binanın qanunsuz tikintisini əsaslandıraraq sökülməsinə çalışırlar. Buna görə də, Azərbaycan dövləti oğurlanan milyonların hesabına tikilən binasına və  binanın ərazisindəki tələbə yataqxanasına  sahib çıxmalı, Vətən xaini kimi hesaba alınan Elşad Abdullayevin oğurladığı milyonların bir hissəsinin ölkəyə qaytarılması təmin edilməlidir. Azərbaycan hökuməti vaxt itirmədən işin icrası üşün var qüvvəsi ilə çalışmalı, aidiyyəti orqanlarla əlaqə yaratmalıdır.Ümid edirik ki, məsələ Azərbaycan hökumətinin müdaxiləsi ilə öz müsbət həllini tapacaq və həmin milyonlar ölkəmizə qaytarılacaq. 

Шахраманов С займ.jpeg

Belə bir vacib məsələdə Azərbaycanı düşünən və əlindən gələni əsirgəməyən əsl vətənpərvər iş adamı  Fuad Rzayevə isə millət və dövlət adından təşəkkür edilməli, bu məsələni daim diqqətində saxladığı üçün ona sahibkar kimi hər cür dəstək göstərilməlidir.

СНГ прокуратура.jpeg

 P.S. Məsələ saytımızın diqqətində olacaq və nəticə haqda oxucularımıza məlumat veriləcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş