QARABAĞ AZƏRBAYCANDIR!

Elşad Abdullayevdən xəbər var: Əməliyyat-axtarış tədbirləri davam etdirilir 924
2023-04-14 00:04 | 0 Rəy

Elşad Abdullayevdən xəbər var: Əməliyyat-axtarış tədbirləri davam etdirilir

Uzun illər Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş, tələbələrin pulları hesabına milyonlar qazanmış, sonda isə vətəninə və dövlətinə xəyanət yolunu tutaraq Fransaya sığınmış Elşad Abdullayev haqda məlumatlar səngimək bilmir.

Gündəmtv.az xəbər verir ki, adı bir sıra cinayət əməllərində hallanan Elşad Abdullayev barəsində beynəlxalq axtarış elan olunsa da, hələ onun ölkəyə ekstradisiyası baş tutmayıb. Buna baxmayaraq ermənipərəst Fransadan sığınacaq alan, oradakı ermənilərin Azərbaycana qarşı məkrli planlarında yaxından iştirak edən Elşad Abdullayev haqda açılmış cinayət işi davam edir.

Belə ki, hələ 2013-cü ilə barəsində cinayət işi açılan Abdullayev qaçıb gizləndiyinə və istintaqdan yayındığına görə, axtarışa verilib. Elşad Abdullayevin tutulub istintaqa təhvil verilməsi üçün zəruri əməliyyat axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, bu barədə Rusiyada yaşayan vətənpərvər iş adamı Fuad Rzayevin sorğusuna cavab olaraq Azərbaycanın Baş Prokurorluğundan bildirilib.

İnanırıq ki, vəzifəsindən sui-istifadə edərək insan orqanlarının alqı-satqısı və transplantasiyası iləməşğul olan və cinayət törədən Elşad Abdullayev tezliklə ölkəyə ekstradisiya edilərək qanun qarşısında cavab verəcək.

Gündəmtv.az

Qalareya

Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş