QARABAĞ AZƏRBAYCANDIR!

Elşad Abdullayev haqda ŞOK FAKTLAR: "ABU"nun qız tələbələrini bu məmurlarla görüşdürüb  574
2023-01-24 23:39 | 0 Rəy

Elşad Abdullayev haqda ŞOK FAKTLAR: "ABU"nun qız tələbələrini bu məmurlarla görüşdürüb 

Azərbaycan Beynəlxalq Universitetini yaradaraq minlərlə tələbənin haqqını tapdalayan, keyfiyyətsiz təhsil verməsinə rəğmən milyonları mənimsəyən, ifşa olunduqdan sonra Fransaya qaçaraq oradan sığınacaq alan Elşad Abdullayev haqda növbəti şok faktları elə onun öz həyat yoldaşı Reyhan Abdullayeva açıqlayıb. 

Gündəmtv.az xəbər verir ki, Reyhan Abdullayeva keçmiş həyat yoldaşının daha bir cinayətkar əməli haqda danışıb. Onun sözlərinə görə Abdullayev bu işdə öz qardaşı Mahir  Abdullayevin vaxtilə hüquq mühafizə orqanlarında işləməsindən faydalanıb. Belə ki, ABU-nun gözəl qız tələbələrinin üzərinə gizli kameralar yerləşdirən Elşad Abdullayev onların yüksək vəzifəli məmurlarla görüşünə rəvac verib.  Daha sonra isə həmin məmurları şantaj edərək pullarını mənimsəyib.

Reyhan Abdullayeva bu məmurlar arasında keçmiş təhsil naziri Misir Mərdənovun, sabiq şöbə müdiri Əli Həsənovun və digərlərinin olduğunu deyib.  Görünən odur ki, Elşad Abdullayev təkcə milyonlarla maliyyə maxinasiyaları törətmək, ermənilərlə iş birliyi qurmaq, Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyalarlnda iştirak etməklə kifayətlənməyib. O, həmçinin vəzifəsindən sui-istifadə edərək gənc qızları əxlaqsızlığa cəlb etməkdən və yüksək vəzifəli məmurlara tələ qurmaqdan da çəkinməyib. 

İnanırıq ki, Abdullayevin heç bir cinayəti cəzasız qalmayacaq və o, törətdiyi bütün qanunsuz əməllərinə görə məhkəmə qarşısında cavab verəcək.

Gündəmtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş