QARABAĞ AZƏRBAYCANDIR!

Elşad Abdullayev ermənilərin Fransadakı səfirliyimizə hücumunda necə rol oynayıb? – ŞOK DETALLAR 440
2022-10-13 14:39 | 0 Rəy

Elşad Abdullayev ermənilərin Fransadakı səfirliyimizə hücumunda necə rol oynayıb? – ŞOK DETALLAR

Sentyabr ayında Azərbaycanın Gürcüstandakı, Livandakı və Fransadakı səfirliklərinə edilən hücumlar bəzi qaranlıq məqamların üzə çıxmasına səbəb olub. Bu hücumların mənfur düşmənimiz olan ermənilər tərəfindən təşkil edildiyi heç kimə sirr qalmasa da, baş verən hadisələrdə fərqli məqamlar diqqət çəkir. Daha dəqiq desək Fransadakı səfirliyimizə 1 oktyabr 2022-ci il tarixində gecə saatlarında təşkil edilən hücumun ermənilər tərəfindən həyata keçirildiyi hər kəsə bəlli olsa da,  bu işdə Azərbaycanı gözü götürməyən, vətənə xəyanət yolunu tutan “sapı özümüzdən olan baltalar”ın əlinin olduğu gün kimi aydındır.

Gündəmtv.az xəbər verir ki, Azərbaycanda qaranlıq keçmişi ilə gündəmə gələn və vətənə xəyanət edərək Fransaya sığınan ABU-nun sabiq rektoru Elşad Abdullayevin və onun kimilərinin ermənilərlə yaxın münasibətləri haqda yerli mediada dəfələrlə təkzibolunmaz faktlara söykənən materiallar dərc olunub. Bu şəxslər üçün müqəddəs heç nə olmadığından onların pul və şəxsi maraq müqabilində öz dövlət və millətini istənilən anda sata biləcəkləri artıq heç kimi təəccübləndirmir. 
Ona görə də Azərbaycanın Fransadakı səfirliyinə hücum edən ermənilərin arasında Elşad Abdullayevin də adı hallansa, hər kəs bunu adi hal kimi qəbul edəcək. Çünki Azərbaycanın milyonlarını “göyə sovuran”, təhsil adı ilə gənclərimizi uçurumun dibinə sürükləyən, dövlətinə və millətinə xəyanət edərək Fransaya qaçan birindən bu cür mənfur hərəkətləri gözləmək mümkündür. 

Avropadakı mənbələrimizin bildirdiyinə görə, Elşad Abdullayev Fransada Azərbaycan nümayəndəliklərinə hücum edən radikal erməni qruplaşmalarının rəhbər şəxsləri ilə tez-tez bir araya gəlir. Onun hətta səfirliyimizə hücumdan 5 gün öncə, yəni sentyabrın 25-də belə görüşlərdən birində iştirak etiyinə dair məlumatlar mövcuddur. Görünən odur ki, ölkəsini və millətini satmaqla kifayətlənməyən Elşad Abdullayev qaçıb sığındığı xarici öölkədə də Azərbaycan əleyhinə təxribatlarda fəal rol oynayır. Bu isə onun öz millətinə və dövlətinə nə qədər nifrət etdiyini bird aha sübuta yetirir. Odur ki, belə bir təhlükəli şəxsin ölkəyə ekstradisiya edilməsi və Azərbaycan qanunları ilə mühakimə olunması çox vacibdir. Ümid edirik ki, bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir və Elşad Abdullayev tezliklə törətdiyi qanunsuz əməllərə görə qanun qarşısında cavab verəcək.

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Gündəmtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş