QARABAĞ AZƏRBAYCANDIR!

Elşad Abdullayev Avropada yaşayan azərbaycanlı mühacirlər üçün necə təhlükə mənbəyidir? – ŞOK DETALLAR 930
2022-12-28 10:00 | 0 Rəy

Elşad Abdullayev Avropada yaşayan azərbaycanlı mühacirlər üçün necə təhlükə mənbəyidir? – ŞOK DETALLAR

Təhsil Nazirliyinin mülkiyyəti olan Beynəlxalq Universitetin Moskva filialının binasını erməni iş adamına satmağa cəhd edən, Azərbaycanda minlərlə insanı aldadan keçmiş rektor Elşad Abdullayev dələduzluq fəaliyyətini Fransada da davam etdirir. Yayılan məlumatlara görə, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru 2011-ci ildə ailəlikcə Rusiya vətəndaşlığını qəbul edib. Lakin Franada siyasi sığınacaq alan Abdullayev və ailəsi Fransa Miqrasiya Təşkilatına Azərbaycan pasportlarını təqdim ediblər. Özlərinə məxsus Rusiya pasportlarını isə Fransa hakimiyyət orqanlarından gizlədiblər.

(Компания “НОУ ВПО “МУ С.Н.Г.”, дата регистрации – 15 марта 2010 года, регистратор — Управление Федеральной Налоговой Службы по МОСКОВСКОЙ области. Полное официальное наименование — НЕГОСУДАРСТВЕННОЕ ОБРАЗОВАТЕЛЬНОЕ УЧРЕЖДЕНИЕ ВЫСШЕГО ПРОФЕССИОНАЛЬНОГО ОБРАЗОВАНИЯ “МЕЖДУНАРОДНЫЙ УНИВЕРСИТЕТ С.Н.Г.”. Юридический адрес: 143025, МОСКОВСКАЯ область, ОДИНЦОВСКИЙ район, д. МАРФИНО, д. 26В. Телефоны/факсы: +7 (495597) 60-01. Основным видом деятельности является: “Высшее профессиональное образование”. Ректор — Абдуллаев Эльшад Ислам Оглы. Организационно-правовая форма — частные учреждения. Тип собственности — частная собственность.

Источник Дата Учредители

Статрегистр октябрь 2012

ГРАЖДАНИН РОССИИ

ЕГРЮЛ февраль 2012

Абдуллаев Эльшад Ислам оглы http://unfall.ru/view/nou_vpo_mu_s_n/652843)

Məlumat üçün bildiririk ki, vətən xaini Elşad Abdullayev Azərbaycanda törətdiyi cinayətlərdən yayınmaq üçün qaçıb Fransaya sığınsa da, Paris hökuməti ona yalnız müvəqqəti yaşayış izni verib. Göründüyü kimi hətta Fransa hökuməti də Abdullayevə daimi yaşayış izni verməkdən imtina edib. Əldə etdiyimiz məlumatlara görə, Elşad Abdullayevin ailəsi hazırda Moskva şəhərində yaşayır. Onun atası kimi dələduz oğlu Elşən Abdullayev isə çirkli pullarla yaradılan biznes subyektlərini idarə edir. Hətta Azərbaycanın düşmənləri ilə iş birliyi quraraq erməniləri maliyyələşdirməkdən də çəkinmir. Maraqlı olan odur ki, Elşad Abdullayevin ailə üzvləri milyonluq villalarda rahat şəraitdə yaşasalar da, sabiq rektorun özü Franada müvəqqəti oturumla qalmağı üstün tutur.

Əldə etdiyimiz məlumatlara görə, Elşad Abdullayevin ailəsi və yaxın qohumları Rusiya hakimiyyətində təmsil olunurlar və Prezident Putinin çevrəsində yüksək postlarda işləyirlər. Belə görünür ki, KQB-nin uzun illər agenti olan Abdullayev  Avropa üzərindən bəzi kəşfiyyat məlumatlarını Rusiayaya ötürməklə məşguldur. Hər halda bu məsələ bizdən çox Fransa hökumətini düşündürməlidir. Çünki Elşad Abdullayev nəinki Fransa hökuməti, həmçinin Avropada yaşayan azərbaycanlı mühacirlər üçün də təhlükə mənbəyidir.

Redaksiyamıza daxil olan məlumatlara görə, onun oğlu Elşən Abullayevin də Rusiya KQB-də çalışdığı, bacısı oğlu Arazın isə RF Dumasında işlədiyi bildirilir. Oğlu Elşən Abdullayevin Rusiyada milyonlarla pul vəsaitinə, villalara və müxtəlif markalı bahalı maşınlara malik oldugu da verilən xəbərlər arasındadır.

Göründüyü kimi ailəlikcə ermənilərlə iş birliyində olan, Rusiya Xüsusi Xidmət orqanlarına işləyən, Azərbaycandan qanunsuz yolla əldə etdikləri çirkli pullarla Avropada kef çəkən Abdullayevlər cəzasız qaldıqlarından öz xəyanətkar missiyalarını hələ də davam etdirirlər. Üdmid edirik ki, beynəlxalq axtarışa verilməsinə və ünvanı bəlli olmasına rəğmən hələ də azadlıqda gəzən Elşad Abdullayevə və onun Moskvada yaşayan oğlu Elşən Abdullayevə dur deyən tapılacaq. Çünki heç bir cinayət cəzasız qalmamalıdır. Vətənə xəyanət yolu tutanların cəzası isə həddən artıq ağır olmalıdır.

P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Gündəmtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş