QARABAĞ AZƏRBAYCANDIR!

Əliyev nə dedisə, onu edəcək – Poqosyandan dəhlizlə bağlı ŞOK AÇIQLAMA 52
2023-10-21 16:57 | 0 Rəy

Əliyev nə dedisə, onu edəcək – Poqosyandan dəhlizlə bağlı ŞOK AÇIQLAMA

“Əliyev Paşinyana deyir ki, mən oraya mülki maşınlarla daxil olacağam. Və nə istəyirəm, onu da verəcəksən. Heç bir yerdə gizlənə bilməyəcəksən. Mən bunu həmişə demişəm, 10 il bundan öncə, müharibəyə qədər: Əliyev nə deyirsə, onu ciddi qəbul edin. O dedisə, daxil olacağam, deməli, bunu edəcək. Fərq etməz, güc yolu ilə və ya sülhlə. Başqa variant olmayacaq”.

 Gündəmtv.az xəbər verir ki, bunu radikal ermənipərəst mövqeyi ilə seçilən erməni siyasətçi Vladimir Poqosyan qonaq olduğu verilişdə dilə gətirib.

O vurğulayıb ki, Paşinyan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı məsələyə imza atıb:

“Bunun nə adlandırılmasının fərqi yoxdur. O, Avropa Parlamentində çıxışı zamanı dedi ki, müdaxilə etməyin, bunu açacağam. Mən bunu eşitdim. “Açağam” dedi və yolu açacaq. Fərqi yoxdur ki, kimin nəzarətində olacaq. Sən faktiki olaraq dəhlizin açılmasına imza atmısan. Bəyanatda dəhliz sözü olmasa da, bu, faktiki olaraq dəhlizdir”. 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş