QARABAĞ AZƏRBAYCANDIR!

Elektron siqaret xərçəngə səbəb olur - XƏBƏRDARLIQ 69
2022-10-13 09:33 | 0 Rəy

Elektron siqaret xərçəngə səbəb olur - XƏBƏRDARLIQ

Tədqiqatçılar elektron siqaretin xərçəngə səbəb ola biləcəyi qənaətinə gəliblər. Alimlərin fikrincə, elektron siqaretdən istifadə 10 il ərzində xərçəngin yeni dalğasına səbəb ola bilər.

"Gündəmtv.az" xarici mətbuata istinadən xəbər verir ki, “Francis Crick” İnstitutunun (FCI) tədqiqatçıları elektron siqaret çəkməyin siqaretdən daha təhlükəsiz olduğunu deyirlər, lakin onlar bu siqaretlərin gələcəkdə uzunmüddətli sağlamlıq riskləri daşıdığını da istisna etmirlər.

Elektron siqaretlər siqaret çəkənlər tərəfindən siqareti tərgitmək üçün geniş istifadə olunur. Britaniyada təxminən 3,6 milyon insan məhz bu cür siqaret çəkir.

FCI-nin klinik tədqiqatçısı və Böyük Britaniya Xərçəng Tədqiqatının baş direktoru, professor Çarlz Svanton elektron siqaretin insanların sağlamlığı üçün bəzi təhlükələr yaratdığını deyir:

“Düşünmürəm ki, elektron siqaret çəkmək siqareti buraxmaq üçün tamamilə təhlükəsiz bir seçimdir.

Biz bu gün elektron siqaretdən istifadənin 10 ildən sonra ağciyər xərçənginə səbəb olmayacağına əmin deyilik”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş