QARABAĞ AZƏRBAYCANDIR!

Ələkbərli: Biz 35 il əvvəl qovulduğumuz evlərimizə qayıtmaq istəyirik 239
2023-07-11 18:48 | 0 Rəy

Ələkbərli: Biz 35 il əvvəl qovulduğumuz evlərimizə qayıtmaq istəyirik

35 il əvvəl qovulduğumuz yerdən evlərimizə sülh içində qayıtmaq istəyirik”.

"Gündəmtv.az"  "Report"-a istinadən  xəbər verir ki  , bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşündə deyib.

İcma İdarə Heyətinin sədri Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib:

“Pakistan Azərbaycan həqiqətlərinin sülhə çatdırılmasında və 44 günlük Vətən Müharibəsində beynəlxalq aləmdə siyasi və mənəvi dəstək verib. Lakin təəssüf ki, son 200 ildə Cənubi Qafqazda gedən proseslərlə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlı deyil. Məqsədimiz bu prosesləri dünya ictimaiyyətinə çatdırmaqdır”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş