QARABAĞ AZƏRBAYCANDIR!

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİR 62
2023-12-22 12:52 | 0 Rəy

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİR

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

"Gündəmtv.az" xəbər verir ki, V.Matviyenko təbrikdə qeyd edib ki, vətənə sevgi, ən yüksək peşəkarlıq, zəhmətsevərlik, siyasi uzaqgörənlik, qərarların qəbul edilməsində qətiyyət Sizə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına, Azərbaycan Respublikasının hərtərəfli inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə imkan verir.

"Özünün zəngin mədəni irsini qoruyub saxlayan ölkə Sizin rəhbərliyinizlə böyük uğurlar, iqtisadiyyatın möhkəmləndirilməsi və insanların rifah halının yüksəldilməsi, beynəlxalq arenada nüfuzunun artırılması yolu ilə irəliləyir.

Sizi öz Vətəninin maraqlarını ardıcıl surətdə müdafiə edən müdrik siyasi xadim kimi qiymətləndirirəm. Qarşılıqlı maraq doğuran bir çox mühüm məsələləri müzakirə etdiyimiz və onların həlli üzrə ortaq yanaşmalar tapdığımız görüşlərimizi böyük səmimiyyətlə xatırlayıram".

O vurğulayıb ki, Federasiya Şurasında Rusiya ilə Azərbaycan arasında yaranmış müttəfiqlik münasibətlərini yüksək qiymətləndirirlər.

"Dövlətlərarası qarşılıqlı fəaliyyətin mühüm tərkib hissələrindən biri olan Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişafına Sizin şəxsi töhfənizi qeyd etmək istəyirəm. Gələcəkdə də Sizin müasir dövrün çağırışlarına cavabların axtarılmasında səylərin gücləndirilməsi üzrə qanunvericilərin birgə fəaliyyətinə dəstəyinizə güvənirik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".

***
Türkmən xalqının Milli Lideri, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

"Gündəmtv.az" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Türkmənistan ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və inkişafına verdiyiniz böyük töhfəyə, göstərdiyiniz xüsusi diqqətə görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar diləyirəm".

***
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Zati-aliləri.

İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə ən xoş arzularımı çatdırır, xoşbəxtlik diləyir, ölkənizin və dost Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sabitliyi naminə fəaliyyətinizdə və səylərinizdə uğurlar arzulayıram.

Gürcüstan ilə Azərbaycan Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsində Sizin şəxsi səyləriniz və iştirakınız çox yüksək qiymətləndirilir.

Bu fürsətdən istifadə edərək, bir daha vurğulamaq istəyirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə bir çox ikitərəfli və çoxtərəfli təşəbbüslərlə zənginləşərək daha da möhkəmlənəcəkdir.

Zati-aliləri, icazə verin bir daha Sizə olan ən dərin ehtiramımı bildirim və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım".

***
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. İcazə verin, Sizə cansağlığı və xoşbəxtlik diləyi ilə ən xoş arzularımı çatdırım”.

***
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gündəmtv.az-ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin rifahının daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da ikitərəfli əməkdaşlığı dostluq ruhunda möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Bunun üçün iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm!".

***
Ukraynanın Prezidenti Volodimir Zelenskidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

"Gündəmtv.az" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

2023-cü il - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.

Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram.

Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş