QARABAĞ AZƏRBAYCANDIR!

Dövlət Vergi Xidməti sahibkarlara müraciət etdi 39
2022-10-13 09:33 | 0 Rəy

Dövlət Vergi Xidməti sahibkarlara müraciət etdi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.

Gündəmtv.az-ın məlumatına görə, müraciətdə deyilir ki, bu ilin III rübü üzrə sadələşdirilmiş verginin bəyannaməsi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabat), eləcə də bu ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi, aksiz vergisi, yol vergisi və mədən vergisi bəyannamələri oktyabrın 20-dən gec olmayaraq təqdim edilməlidir.

Bəyannamələr vaxtında təqdim olunmasa hər bir bəyannamə üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş