Donetsk yenidən atəşə tutuldu - Ölən və yaralanan var
Aprelin 22-də Rusiya ordusu Ukraynanın Donetsk vilayətini atəşə tutub.
“Gündəmtv.az” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Donetsk Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.
Bildirilib ki, hadisə nəticəsində 1 qadın ölüb, 1 uşaq isə yaralanıb.
Həmçinin, 3 evə ziyan dəyib.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş