QARABAĞ AZƏRBAYCANDIR!

“Dərmanları mətbəx və hamamda saxlamaq olmaz” 94
2023-08-03 14:07 | 0 Rəy

“Dərmanları mətbəx və hamamda saxlamaq olmaz”

Analitik Ekspertiza Mərkəzi (AEM) dərmanların ev şəraitində necə və harada saxlanılmalı olduğu ilə bağlı məlumat yayıb.

AEM-dən “Gündəmtv.az”ya verilən məlumata görə, çox zaman insanlar yanlış olaraq dərmanları mətbəxdə və hamam otağında saxlayırlar.

Bildirilib ki, dərmanları düzgün yerdə saxlamaq, temperatur, rütubət, günəş şüaları kimi faktorları nəzərə almaq lazımdır ki, onların effektivliyi itməsin və sağlamlığımıza zərər verməsin.

Məlumata görə, dərmanların qonaq və yataq otağında saxlanılması temperatur baxımından daha uyğun yer hesab olunur:

“Həmçinin dərmanlar uşaqlar və heyvanlardan uzaq yerlərdə saxlanılmalıdır. Hər bir dərman vasitəsinin üzərində saxlanma şəraiti qeyd olunur. Əksər dərmanların saxlanması otaq temperaturunda - 15-25 dərəcə nəzərədə tutulub. Bu qrup dərmanları öz qutusunda, ağzıbağlı, quru, təmiz, gün düşməyən və sərin şkaflarda saxlamaq lazımdır”.Qafqazinfo

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş