Deputatlara "TikTok" QADAĞAN EDİLDİ
Çexiya parlamenti deputatlara TikTok-dan istifadə etməyi qadağan edib.
"Gündəmtv.az" xəbər verir ki, bu barədə Çexiya Radiosu məlumat yayıb. Bildirilir ki, Çində hazırlanmış “TikTok” mobil proqramından istifadəyə qadağa Çex parlamentində təqdim edilib.
Qadağa Milli Kiber və İnformasiya Təhlükəsizliyi Direktorluğunun (NUCIB) tövsiyəsi əsasında parlament rəhbərliyi tərəfindən tətbiq edilib. O, deputatlara, onların köməkçilərinə və ali qanunverici orqanın əməkdaşlarına şamil edilir.
“TikTok” ilk növbədə xidməti vəzifələrini yerinə yetirərkən istifadə olunan elektron cihazlardan çıxarılmalıdır.
Parlamentin işçi şəbəkəsinin buna mane olacağı bildirilir.
NUKIB tətbiqi əhəmiyyətli təhlükəsizlik riski hesab edir.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş