QARABAĞ AZƏRBAYCANDIR!

Daşnakların Türkiyə heyətinə gücləri çatmasa da... - Vyana görüşündə Rubinyanın həyatı təhlükədə 91
2022-10-13 09:33 | 0 Rəy

Daşnakların Türkiyə heyətinə gücləri çatmasa da... - Vyana görüşündə Rubinyanın həyatı təhlükədə

Daşnaklar Türkiyə heyətinə cəsarətləri çatmasa da, Ermənistanın rəsmi nümayəndəsinə sui-qəsd edə bilərlər

"Gündəmtv.az" xəbər verir ki, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesi çərçivəsində iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın növbəti görüşü fevralın 24-də Vyanada baş tutacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib.

Məlumat üçün qeyd edək ki, ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ də bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN bu bəyanatı dəstəkləyib. Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən isə parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib. Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub. Sözügedən görüş Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkonun vasitəçiliyi ilə keçirilib.

Bu görüş tarixi terror cinayətləri ilə zəngin olan qatı millətçi, terrorçu Daşnaksütyun Partiyasının son qurultayında Türkiyə ilə təmasların dayandırılması tələbi fonunda keçiriləcək. Bu isə o deməkdir ki, məqsədinə çatmaq üçün terror aktları həyata keçirən daşnaklar Türkiyə heyətinə cəsarətləri çatmasa da, Rubinyana sui-qəsd edə bilərlər.

Belə bir təhlükə varmı? Maraqlıdır, Moskva görüşündən sonra tərəflər görüşlərin yerini niyə tez-tez dəyişir? Bunun nə mənası var? Ötən dəfə Moskvada, bu dəfə Vyanada…

Tərəflər arasında təmas qurulubsa, o zaman niyə görüşlər həmin ölkələrin özündə keçirilmir? Olmazdımı görüşlər Ankara və İrəvanda davam etdirilsin?

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli 

Politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli yaranan suallara belə cavab verib: “Avstriya 1955-ci ildə özünün daimi neytrallığını və bloklara qoşulmamaq siyasətini elan edib və həmin dövrdən etibarən bu ölkənin paytaxtı Vyana şəhəri beynəlxalq hərbi-siyasi müzakirələr üçün platformaya çevrilib. Bununla yanaşı, ATƏT-in mərkəzi ofisi də məhz Vyana şəhərində yerləşir və bu gün beynəlxalq hüququn bir sıra mühün komponentlərini təşkil edən konvensiyalar da məhz bu şəhərdə keçirilən toplantılarda qəbul edilib. Bu baxımdan, görüş üçün Vyana şəhərinin seçilməsi təsadüfi deyil. Görüşdə iştirak edəcək şəxslərin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı hər hansı bir problemin olmayacağını düşünürəm. Avstriyanın təhlükəsizlik orqanlarının bundan daha mühüm görüş və tədbirlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı böyük təcrübəsi var. Görüşün, öncədən ehtimal olunduğu kimi, Ankara və İrəvanda keçirilməməsinin səbəbi isə çox güman ki, Ermənistandakı daxili vəziyyətlə bağlıdır. Görünür, rəsmi İrəvan revanşistlərə əlavə fürsət vermək istəmir və digər tərəfdən, təxribatların baş verəcəyindən qorxur. Çünki İrəvanda Türkiyə nümayəndə heyətinə qarşı hər hansı bir təxribat baş verərsə, bu, müzakirələrin yarımçıq saxlanılmasına və ziddiyyətlərin daha da dərinləşməsinə səbəb ola bilər. Hesab edirəm ki, bundan sonra bir neçə görüş də hər iki ölkənin sərhədlərindən kənarda keçirilə bilər. Ola bilsin ki, münasibətlərin normallaşması ilə bağlı yekun sənəd də hansısa neytral bir ərazidə, yaxud Rusiya şəhərlərindən birində imzalansın”.

Əziz Əlibəyli: Bu qarşıdurmanın davam etməsində Rusiya ona görə maraqlı idi ki...

Əziz Əlibəyli 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Ermənistanın göstərdiyi çabalara toxunub: “Ermənistan tərəfində bu gün nəticəyə uyğun olaraq hesablayıblar ki, Türkiyə və Azərbaycanla barışsınlar. Ümumi bir razılıq əldə olunmasına çalışırlar. Bununla Ermənistanı düşdüyü durumdan çıxarmağa cəhd edirlər. Bu proseslərin getdiyi vaxtda Ermənistanda iki paralel proseslər də gedir. 1. Ermənistan daxilindəki müxalifətin iqtidara qarşı addımlarını qeyd edə bilərik. 2. Bir də erməni iqtidarının həyata keçirdiyi tədbirləri diqqətə çatdıraq. Hansı ki, bunlar Hibrid savaşının elementləridir. Çalışırlar ki, həm Türkiyə və Azərbaycanla razılıq əldə etsinlər, həm də bunu elə fərqli şəkildə etsinlər ki, hər iki ölkənin Ermənistana müəyyən güzəştləri olsun. Ermənistan tərəfindən burada çoxlu sayda addımlar atıla bilər. Məsələn, qondarma erməni soyqırımından imtina edilə bilər. Hər iki qardaş ölkənin ərazi bütövlüyünü tanımaq da burada atılan addımlardan sayıla bilər, yəni qonşu ölkənin ərazisinə iddia etməmək. Ortada Ermənistanın nələrdənsə imtina edəcəyi məsələlər olmalıdır. Türkiyə-Ermənistan arasındakı görüşlər Moskva, lap Ankara, İrəvan, Bakı və digər mərkəzlərdə baş tuta bilər. Ona görə də xüsusi bir məkan üzərində dayanıb ona vurğu etmək o qədər də məntiqli deyil. Əslində bunlar Ermənistana öz aləmlərində fərqli platformalar tanımaq imkanı verir”.

Ekspert terror məsələsini daim diqqətdə saxlamağın tərəfdarıdır: “Terror aktı hər zaman gündəmdədir. Ermənistanın xarici və daxili siyasətində, hərbi strategiyasında ciddi şəkildə tətbiq edilən bir üsuldur. Bu gün də tətbiq olunması mümkündürmü? Əlbəttə mümkündür. Çünki terror fəaliyyətləri ilə bağlı bir keçmişləri var. Son 30 ildə, eləcə də, ondan əvvəlki sovet dönəmində Ermənistana rəhbərlik edənlər daşnak təşkilatından gəliblər. Bu təşkilatların da dünya çapında hansı terror aktlarına əl atdıqları hər kəsə məlumdur. Açığı, Rubinyanı gözləmirəm. Çünki o, çox kiçikçaplı adamdır. İriçaplı şəxsə ehtiyac var. Siz gördünüz ki, Ermənistanın baş naziri özünü evə qapatdı və qeyd etdi ki, xəstədir. Amma ordu günü narazılıqların olma ehtimalı çox böyük idi. Bir sözlə, xəstəliyi bəhanəsi ilə bunun qarşısını almağa çalışdı”.//Musavat.com

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş