QARABAĞ AZƏRBAYCANDIR!

Daha 3 faydalı qazıntı yatağı istifadəyə verildi 6
2022-06-17 06:09 | 0 Rəy

Daha 3 faydalı qazıntı yatağı istifadəyə verildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi növbəti hərrac vasitəsilə 3 faydalı qazıntı yatağını istifadəyə verib.

Bu barədə "Gündəmtv.az"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərracda Qobustan rayonunda yerləşən “Nabur” vulkan külü yatağının 1,1 hektar sahəsi, Qaradağ rayonunun “Gülbaxt” əhəngdaşı yatağının 12 hektar sahəsi və Qəbələdə yerləşən “Xırxatala” qum-çınqıl yatağının 2 hektar sahəsi istifadəyə verilib.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3aSTyZI)

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş