Daha 183 nəfər Qarabağı tərk etdi – Bu dəfə də tələbədirlər?
Laçın sərhəd-keçid məntəqəsi vasitəsilə 183 nəfər Xankəndi-Gorus istiqamətində Qarabağı tərk edib.
Gündəmtv.az xəbər verir ki, onlardan 155 nəfəri Ermənistan, 26 nəfəri Rusiya, 2 nəfəri isə Ukrayna vətəndaşıdır.
Sosial mediada onların yenə də tələbə adı ilə ölkədən çıxıb-çıxmadığı müzakirə mövzularından biridir.
Belə ki, ötən günlərdə bir qrup Qarabağ ermənisi Qızıl Xaçın müşayiəti ilə sərhədi keçiblər.
Onların sənədlərinə görə, gənc kişilər tələbələ olub və Ermənistana təhsillərini davam etmək üçün gediblər. Lakin “tələbələr” arasında qızların olmaması və gənc kişilərin bədən quruluşu və saç düzümü müəyyən şübhələr yaradıb.
Bəzi yerli ekspertlər isə onların qeyri-qanuni erməni silahlılarının hərbçiləri olduğunu bildirir.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş