QARABAĞ AZƏRBAYCANDIR!

Cüdoçularımız Avropa kuboku yarışlarında mübarizə aparacaq 13
2021-07-03 17:12 | 0 Rəy

Cüdoçularımız Avropa kuboku yarışlarında mübarizə aparacaq

Bu gün Çexiyanın Teplisa şəhərində kadetlər arasında cüdo üzrə Avropa kuboku yarışları start götürəcək.

"Gündəmtv.az" xəbər verir ki, turnirdə Azərbaycanın 9 cüdoçusu mübarizə aparacaq. Oğlanların mübarizəsində Babarəhim Mirzəyev, Xəyal Həsənov (hər ikisi 50 kq), Eltac Yusifli, Aydın Rzayev (hər ikisi 60 kq) və Əjdər Bağırov (90 kq) iştirak edəcəklər. Qızların yarışında isə Aydan Vəliyeva, Nəzrin Adnayeva, Könül Əliyeva (hər üçü 48 kq) və Lətifə Abbasova (52 kq) güclərini sınayacaqlar.

İyirmi səkkiz ölkədən 300-dən çox idmançının qatılacağı turnir 3 gün davam edəcək.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş