QARABAĞ AZƏRBAYCANDIR!

COVID-19: Varlılar iki dəfə zənginləşdi, kasıblar daha da yoxsullaşdı - ƏTRAFLI 97
2022-10-13 09:33 | 0 Rəy

COVID-19: Varlılar iki dəfə zənginləşdi, kasıblar daha da yoxsullaşdı - ƏTRAFLI

COVID-19: Varlılar iki dəfə zənginləşib, kasıblar daha da yoxsullaşıb.

"Gündəmtv.az" xəbər verir ki, Oxfam-ın dünyanın 10 ən zəngin adamının sərvətini təhlil edən “Bərabərsizlik öldürür” hesabatına görə, dünyanın ən zəngin insanlarının sərvəti pandemiya zamanı iki dəfə artıb.

Oxfam-ın Britaniyadakı rəhbəri Denni Sriskandarajah, turizm, səyahət və ticarətdə pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərdən sonra daha 163 milyon insanın yoxsulluq həddinin altında olduğunu söyləyib.

Bu arada, dünyanın ən zəngin on adamının (İlon Mask, Cefri Bezos, Bernard Arnault, Bill Qeyts, Lourens Ellison, Lourens Peyc, Sergey Brin, Mark Zukerberq, Stiven Balmer və Uorren Baffet) sərvəti iki dəfə artaraq 1,5 trilyon dollara çatıb.

Eyni zamanda dünyada hər 4 saniyədə bir insan aclıqdan, tibbi xidmətlərə çıxışın məhdudluğundan, iqlim dəyişikliyinin yaratdığı humanitar böhranlardan, zorakılıqdan ölür.

Müəlliflər epidemiyanın qlobal bərabərsizliyi daha da gücləndirdiyini vurğulayaraq, inkişaf etməmiş ölkələrdə yoxsulların COVID-dən ölmə riskinin 4 dəfə yüksək olduğunu qeyd ediblər.//KONKRET.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş