QARABAĞ AZƏRBAYCANDIR!

"COVİD-19 testi pozitiv olub küçələrdə gəzirlər.Vicdanınız olsun!-İnfeksionistdən HƏYƏCAN TƏBİLİ 127
2022-10-13 09:33 | 0 Rəy

"COVİD-19 testi pozitiv olub küçələrdə gəzirlər.Vicdanınız olsun!-İnfeksionistdən HƏYƏCAN TƏBİLİ

"COVİD-19 testi pozitiv olub, küçələrdə gəzən, yığıncaqlar keçirən insanlar olduğunu eşidirik. Vicdanınız olsun, çünki biz də yoruluruq, biz də tükənirik".

" Gündəmtv.az" xəbər verirki bunu  açıqlamasında həkim-infeksionist Vüsalə Yaşar deyib.

İnfeksionist bildirib ki, vaksin vurdurduqdan sonra COVİD-ə yoluxub ölən insanlara istisna hal kimi rast gəlmək olar:

"Həmin məsuliyyətsiz insanlara səslənirəm: Düşünün, COVİD-19-la mübarizə aparan həkimlər geri çəkilsə, halınız nə olar. Yəni hər şeyin bir qayda-qanunu var. 

İnsanlar sağlamlıqları üçün vaksinasiya prosesində fəal iştirak etməlidirlər. "Sinovac" vaksini qoruyuculuğu aşağı, amma yan təsiri də aşağı olan bir peyvənddir. Məsələn, "Phizer" qoruyuculuğu yüksək, amma yan təsirləri olma ehtimalı yüksək olan bir vaksindir. İnsanlar buna əsasən seçim edə bilərlər.Vaksin vurdurduqdan sonra rəhmətə gedən oldusa, bu o deməkdir ki, vaksin vurduran hər kəs öləcək? Birincisi vaksinin qoruyuculuğu 60% ətrafındadır. Yəni vaksin vurdurub, immuniteti yaranmaya bilər. Bu çox normal haldır. Məsələn, "Sinovac"ın qoruyuculuğu aşağıdır. İmmuniteti formalaşmayıb, ona görə COVİD-ə yoluxub və ölüb. Amma hamıda belə olmur. Vaksin vurdurub ölənin olması istisna kimi ola bilər, o demək deyil hər kəs öləcək. Bu cür halların baş verməsi vaksin üçün əks göstəriş sayıla bilməz. Məsələn, bizim qonşumuz toyuq yedi, zəhərləndi öldü. O zaman "gəlin toyuq yeməyək" deyə bilərəmmi? - Yox".

MİLLİ.AZ

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş