QARABAĞ AZƏRBAYCANDIR!

Cinsiyəti “X” kimi qeyd olunan ilk pasport 92
2022-10-13 09:33 | 0 Rəy

Cinsiyəti “X” kimi qeyd olunan ilk pasport

ABŞ-da pasportun cinsiyət xanasına kişi və ya qadın əvəzinə "X" ilə işarələnmiş ilk pasport verilib.

Gundemtv.az xəbər verir ki, cinsinə görə “X” variantı qeyd olunan ilk pasport dünən təqdim edilib.

Dövlət Departamenti pasportun kimə verildiyini açıqlamayıb.

Prezident Co Bayden tərəfindən LGBT hüquqlarını inkişaf etdirmək üçün təyin etdiyi xüsusi elçisi Cesika Stern “X” variantının üstünlüklərini izah edib. Onun sözlərinə görə, bu, genderin yeni tərifidir: “Bir şəxsin qanuni sənədləri onların cinsi ifadəsinə uyğun gəlməyən zaman sərhəd keçidlərində tez-tez baş verən qeyri-insani təqib və pis rəftarı azaltmalıdır”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken hələ iyun ayında pasportlarda cinsin seçilməsi variantı olacağını bəyan etmişdi. Seçilmiş cins digər sənədlərlə uyğun gəlmirsə, Dövlət Departamenti artıq tibbi arayış tələb etməyəcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş